Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Tamfira Əliyeva vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, T.Əliyeva 1968-1974-cü illərdə ATU-nun Müalicə profilaktikası fakültəsində təhsil alıb.
O, 2011-ci ildən Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiyasıyasının sədri idi.
Xatırladaq ki, T.Əliyeva görkəmli dövlət və elm xadimi Əziz Əliyevin nəvəsidir.