Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
SİYASƏT
19:29 28.03.2025
610
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, xeyirxahlıq və humanizm duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz yüksək tutulub, adət və ənənələrimizin qorunub saxlanması reallığa çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, atılan qətiyyətli addımlar sayəsində, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində dövlətimizin iqtisadi dayaqları möhkəmlənib, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği həyata keçirilib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb, dəyərlərimizin dünyada daha yaxından tanınması təmin olunub.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun müasirləşdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin genişmiqyaslı təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirmiş və nəticədə 2020-ci il tariximizə Zəfər ili kimi yazılmışdır. 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa edilmişdir.

Dövlət müstəqilliyinin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə qalib Ordumuz Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hər zaman olduğu kimi, Ramazan bayramı günlərində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid valideynlərini, onların ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə xalqımıza firavanlıq, xoşbəxtlik və süfrələrimizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimiz müstəqil Azərbaycan naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Ramazan bayramınız mübarək olsun!".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”