Amerikanın "Təhlükəli Dennis" serialında "Dennis Mitchell" obrazını canlandıran Cey Nort dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 73 yaşında vəfat edib.
Uzun müddətdir xərçənglə mübarizə aparan aktyor Cey Nortun dünən səhər saatlarında evində dünyasını dəyişdiyi bildirilib.
Nort, 1959-1963-cü illərdə yayımlanan "Təhlükəli Dennis" serialında müharibədən sonrakı dövrün "Amerikalı oğlan" obrazını əks etdirən "Dennis Mitchell" obrazı ilə tanınırdı.
Oksana