Sabah Bakıda 24 dərəcə isti olacaq

Sabah Bakıda 24 dərəcə isti olacaq
SOSİAL
13:29 21.04.2025
309
22 apreldə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə +10 dərəcədən +13 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə +9 dərəcədən +12 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +5 dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR