Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışıb

Azərbaycan və Türkiyə parlament sədrləri telefonla danışıb
SİYASƏT
21:20 23.04.2025
309
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında telefon danışığı olub.

AZXEBER.COM xəbər verir ki, telefon danışığı zamanı Milli Məclisin sədri Türkiyənin İstanbul şəhərində baş vermiş silsilə zəlzələlərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan və Türkiyənin qardaş ölkələr olaraq xoş və çətin günlərdə hər zaman bir yerdə olduqları bir daha vurğulanıb.

Numan Kurtulmuş göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər haqqında məlumat verib.
OXŞAR XƏBƏRLƏR