Türkiyənin qərbində zəlzələ olub

Türkiyənin qərbində zəlzələ olub
DÜNYA
08:53 25.04.2025
163
Türkiyənin Qərbindəki Kütahya şəhərində 4,5 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub. Yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23 – red.) qeydə alınmış zəlzələnin ocağı 8,81 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, daha əvvəl AFAD Mərmərə dənizində baş vermiş güclü zəlzələ ilə əlaqədar 291 afterşokun qeydə alındığına dair bəyanat yaymışdı.
 
///report
OXŞAR XƏBƏRLƏR