Bakıda gənc qız faciəli şəkildə dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Onun meyiti gecə saatlarında ailə üzvləri tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.