Hərbçimiz vəfat etdi

Hərbçimiz vəfat etdi
SOSİAL
13:01 03.05.2025
584
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nağıyev Fərid Elşən oğlu vəfat edib.

AZXEBER.COM xəbər verir ki, Müdafiə Nazirliyindən məlumatı "Qafqazinfo”ya təsdiq ediblər.

Bildirilib ki, hərbçimiz ağır gedişli meningoensefalit diaqnozu ilə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə  başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR