Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb

Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb
DÜNYA
08:43 04.05.2025
177
Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb, onlardan 4-ü İran vətəndaşıdır.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə London Polisinin Mətbuat xidməti məlumat yayıb.

"Terrorla mübarizə üzrə Polis İdarəsi aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində terror cinayətlərində şübhəli bilinən 5 nəfəri saxlayıb. Onların hamısı terror aktı hazırlamaqda şübhəli bilinir. Həmin şəxslərdən 4-ü iranlıdır", - polisin açıqlamasında deyilir.

Qeyd olunur ki, saxlanılan 5-ci şəxsin etnik mənsubiyyəti müəyyənləşdirilir. Bu kişilər 29-46 yaşlarındadır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq çərçivəsində London, Suindon və Böyük Mançesterdə axtarışlar aparır.

OXŞAR XƏBƏRLƏR