Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.
İtaliyalı mütəxəssisin qazancı illik 10 milyon avro təşkil edəcək.
Bu, 65 yaşlı baş məşqçinin "Real" (İspaniya) klubundakı qazandığı məbləğlə eynidir.
Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının qalibi olarsa, əlavə olaraq 5 milyon avro mükafat əldə edəcək.
///Report