Aparıcı, prodüser Tarix Əliyev əməkdar artist Elza Seyidcahanın bacısı Rasimə Seyidcahanı sərt tənqid edib.
AZXEBER.COM xəbər verir ki, buna səbəb Rasimə Seyidcahanın "Elgizlə izlə" verilişində gənc müğənni Cəzahiri və verilişə qatılan digər qonaqları təhqir etməsi olub.
"Tarixin bir günü" verilişində məsələyə münasibət bildirən Tarix Əliyev Rasimə Seyidcahana səslənib:
"Elza Seyidcahan tam başqa, onun bacısı başqa. Onun bacısı Azərbaycan mədəniyyəti üçün hələ heç nə etməyib… Gözəl mahnılar oxuyub. Elza gözəl müğənnidir, Bəstəkarlar İttifaqının üzvüdür. Bölgələrdən televiziyaya gələn insanları biz sındıra bilmərik. Verilişdə işləyən insanlar deyir, belə edin.? Bir ekspert verilişə gələn qonağı "qoyun sürüsü", "infeksiya", "mikrob’"adlandıra bilər?! Bu, kütləyə bir təhqirdir. Elza xanımın bacısı buna görə üzr istəməlidir.”
Aysel