Rayonlara leysan yağır

Rayonlara leysan yağır
SOSİAL
16:46 03.06.2025
403
Azərbaycanda iyunun 3-ü saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Kəlbəcər, Xankəndi, Laçın, Şuşa, Xocalı, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şamaxı, İsmayıllı, Şəki, Xınalıq, Qusar, Oğuz, Mingəçevir, Goranboy, Tərtər, Yevlaxda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Şahdağa isə qar yağması müşahidə edilir.

Oğuz rayonu Başdaşağıl kəndinə saat 15:00 radələrində diametri 5 mm, Gədəbəy rayonu Düzyurd kəndinə dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Ağdamda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-yə çatır.
OXŞAR XƏBƏRLƏR