Ceyhun Bayramov Türkiyəyə getdi

Ceyhun Bayramov Türkiyəyə getdi
SİYASƏT
20:24 20.06.2025
239
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazirin həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR