Röya "Səs Azərbaycan"ın iştirakçısı ilə duet oxuyacaq

Röya "Səs Azərbaycan"ın iştirakçısı ilə duet oxuyacaq
MAQAZİN
14:09 24.06.2025
301
Xalq artisti Röya "Səs Azərbaycan"ın iştirakçıları ilə bağlı planlarından danışıb.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Tarixin bir günü" verilişində söz açıb.
 
Telefon zəngi ilə verilişə qatılan Xalq artisti Teymur Hənifəyev ilə duet oxuyacaqlarını təsdiqləyib:
 
"Mən iştirakçılarımın hər birinə çox güvənirəm. Ona görə də hamısının arxasındayam. Teymur ilə duetimiz artıq hazırdır. Fotosessiya etməyimiz qalıb. Ondan sonra təqdim edəcəyik. Sentyabr ayını düşünürəm. Hər birinin həm dəstəkçisi, həm sponsoruyam, bunu deməkdən heç utanmıram. Elnur üçün də təzə mahnılar yazılır. Mənim Heydər Əliyev Sarayında verəcəyim konsertdə də bu uşaqları mütləq görəcəksiz".
 
Xatırladaq ki, Teymur Hənifəyev keçmiş "Karvan" qrupunun solisti İlqar Xəyalın oğludur.
 
Aysel

 

 


 


OXŞAR XƏBƏRLƏR