Küləkli hava ilə bağlı xəbərdarlıq

Küləkli hava ilə bağlı xəbərdarlıq
SOSİAL
14:46 26.06.2025
310

İyunun 26-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şirvan, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Saatlı, Sabirabad, İmişli, Zərdab, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Kəlbəcər, Laçın, Gəncə, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR