Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
SOSİAL
09:23 30.06.2025
107
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Goranboy və Göyçayda 1 mm-dir.

Şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 21, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.

Havanın maksimal temperaturu iyunun 29-da Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 35, Aran rayonlarında 34, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR