Süni intellekt həkimdən daha dəqiq diaqnoz qoydu

Süni intellekt həkimdən daha dəqiq diaqnoz qoydu
SOSİAL
11:47 07.07.2025
281
Microsoftun təqdim etdiyi yeni süni intellekt sistemi xəstəliklərin diaqnozunu həkimlərdən 4 dəfə daha dəqiq qoymağı bacarıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, bu sistem pasiyentlərin məlumatlarını analiz edərək, doğru diaqnozu müəyyənləşdirir və ənənəvi həkim diaqnozları ilə müqayisədə daha yüksək dəqiqlik nümayiş etdirir.

Microsoft deyir ki, bu texnologiya səhiyyədə inqilab yaradacaq və səhv diaqnoz hallarının azalmasına kömək edəcək.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, süni intellekt həkimləri tam əvəz edə bilməz və yalnız insan nəzarəti ilə birlikdə istifadə olunmalıdır.
 
Aysel
 
OXŞAR XƏBƏRLƏR