Professor Rəhman Bədəlov vəfat edib

Professor Rəhman Bədəlov vəfat edib
SOSİAL
06:52 10.07.2025
317
Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib.

O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib. 
Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən "Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, "Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, "Zərdablı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.
OXŞAR XƏBƏRLƏR