Azərbaycanda tibb bacısı intihar etdi

Azərbaycanda tibb bacısı intihar etdi
SOSİAL
18:10 10.07.2025
450
Gəncədə intihar olub.

AZXEBER.COM-un "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində baş verib. Sözügedən ünvanda yaşayan 1965-ci il təvəllüdlü S.Cəfərova yaşadığı evdə özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının hansı səbəbdən intihar etməsi məlum deyil. Məlumata görə, S.Cəfərova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanasında tibb bacısı işləyirmiş.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR