I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlandı

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlandı
SOSİAL
22:18 24.07.2025
750
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

DİM-dən AZXEBER.COM-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29693 abituriyentdən (I qrup üzrə 24059 nəfər, IV qrup üzrə 5634 nəfər) 897 nəfər (I qrup üzrə 726 nəfər, IV qrup üzrə 171 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 4536 abituriyentdən 1231 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Qədimkənd kənd orta məktəbinin məzunu Əlili Müşfiq Aqil oğlu və Bakı şəhəri 64 saylı orta məktəbin məzunu Məmmədov Əbülhəsən Brilyant oğlu göstərib. Əlili Müşfiq Aqil oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (698.3 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 298.3 bal toplayıb. Məmmədov Əbülhəsən Brilyant oğlu isə imtahanın birinci mərhələsində 296.7 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 4 nəfər – Bakı şəhəri 272 saylı orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd qızı, Şəki rayonu Orta Zəyzid kənd 1 saylı orta məktəbin məzunu Abdulsəmədli Orxan Fəxri oğlu, Bakı şəhəri 253 saylı orta məktəbin məzunu Abdullayeva Məryəm İlqar qızı, Bakı şəhəri 53 saylı orta məktəbin məzunu Ağaməmmədova Zeynəb Zaur qızı göstərib. Nurməmmədli Sona Məhəmməd qızı və Abdulsəmədli Orxan Fəxri oğlu hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentlərdir. Onlar imtahanın birinci mərhələsində 300 bal toplayıblar. Abdullayeva Məryəm İlqar qızı imtahanın birinci mərhələsində 289, Ağaməmmədova Zeynəb Zaur qızı isə 286.7 bal toplayıb.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00-dan 27 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms” göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab kartında (vərəqində) təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
14:40 08.03.2026
Faiq Ağayev bu hitini yeni versiyada oxudu - VİDEO
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
14:39 08.03.2026
Bəhreyn Müdafiə Nazirliyi: İranın 95 raket və 164 pilotsuz uçuş aparatını məhv etmişik
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
14:37 08.03.2026
Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
14:13 08.03.2026
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
14:09 08.03.2026
Özünə güvənən qadınlar kişilərlə söhbətdə bu 11 ifadədən istifadə edir
Yollarda görünüş məhdudlaşacaq
13:55 08.03.2026
Yollarda görünüş məhdudlaşacaq
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
13:27 08.03.2026
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
Nəriman Axundzadə ABŞ-yə yollanıb
13:16 08.03.2026
Nəriman Axundzadə ABŞ-yə yollanıb
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
13:12 08.03.2026
Naxçıvanda yağan qarın hündürlüyü 1 metri keçib
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
12:59 08.03.2026
"Görməmişlər, aldığınız hədiyyələri nümayiş etdirməyin" - Video
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
12:53 08.03.2026
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
12:50 08.03.2026
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
12:43 08.03.2026
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
12:38 08.03.2026
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
12:30 08.03.2026
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
12:22 08.03.2026
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir