Müğənni Zeynəb Həsəni "Rəngarəng" verilişində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, sənətçi maraqlı etirafları ilə diqqət çəkib.
O, sənətdə dəstək gördüyü insanlardan danışıb:
"Bizim sahəmizdə gənc müğənnilərə ən çox və hamıdan qabaq dəstək verən insan Tolikdir. İlk dəfə mən Vasiflə oxumağa başlayanda məni Vasifin yanında verilişə dəvət edən insan o olub. Heç bir təmənna güdmədən".
Zeynəbin sözlərini müğənni Şöhrət də dəstəkləyib:
"Mən yeni-yeni tanınırdım. Tolik özü məni efirinə dəvət edirdi. Bir dəfə belə bir manat söhbəti etməyib".
Aysel