Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO
SOSİAL
12:24 03.08.2025
250

Vətən müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.

1976-cı il təvəllüdlü Nazim Gözəlov müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib.

Onun yaxın vaxtlarda Bakıda xəstəxanalardan birində mədəsindən əməliyyat keçirdiyi, daxili orqanında bədxassəli şişin aşkarlandığı bildirilir.

Qeyd edək ki, şəhid Gözəlzadə Ceyhun Nazim Oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. O, Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

///Qafqazinfo

 

 

OXŞAR XƏBƏRLƏR