Havada toz müşahidə olunur

Havada toz müşahidə olunur
SOSİAL
16:43 04.08.2025
228
Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda  cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur.
 

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.


hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”.
OXŞAR XƏBƏRLƏR