Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
DÜNYA
11:58 05.08.2025
189
5 avqust 2025-ci il tarixində səhər saatlarında Türkiyənin Çanaqqala vilayətinin Ayvacıq bölgəsində və Egey dənizində iki ayrı zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.
 
Məlumata görə, yerli saatla 05:40-da Ayvacıqda 3.0 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların dərinliyi 7 kilometr olaraq müəyyən edilib. Zəlzələ yaxın ərazilərdə də hiss olunub.

Bundan təxminən bir saat əvvəl, saat 04:21-də Egey dənizində 2.4 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Bu zəlzələnin də 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Hazırkı məlumata görə, hər iki zəlzələ nəticəsində hər hansı bir tələfat və ya dağıntı qeydə alınmayıb.

Oksana
OXŞAR XƏBƏRLƏR