Günəşdə daha bir M sinifli partlayış qeydə alınıb.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu, avqustda müşahidə olunan ən güclü partlayışdır.
Məlumata görə, partlayış 18:46-da başlayıb və 18:58-də başa çatıb. Partlayışda M4.4 indeksi təyin edilib. Bu da onu avqustun 3-dən bəri baş vermiş beş partlayış arasında ən intensivi edir.