Bakda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un Oxu.Az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti, 46 ünvanında qeydə alınıb. 1994-cü il təvəllüdlü Taleh Xaliq oğlu Nəzərov idarə etdiyi 10-TF-992 dövlət qeydiyyat nişanlı avtobusla piyada, 1967-ci il təvəllüdlü Adilə Kamil qızı Həşimovanı vurub. Piyada xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.