Əfsanəvi basketbolçu vəfat etdi

Əfsanəvi basketbolçu vəfat etdi
DÜNYA
18:07 21.08.2025
205
Türk basketbolunun və "Fənərbaxça”nın əfsanəvi adlarından olan Hüseyn Kozluca dünyasını dəyişib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, uzun illər "Fənərbaxça” formasını geyinmiş basketbolçu 87 yaşında vəfat edib.

Sarı-göylü klub mərhumla bağlı paylaşım edərək başsağlığı verib:

"Türk basketbolunun əfsanələrindən, basketbol tariximizin və Sarı Mirasımızın ən önəmli adlarından, keçmiş idmançımız Hüseyn Kozlucanı itirməyin dərin kədərini yaşayırıq. Hüseyn Kozlucaya Allahdan rəhmət, ailəsinə, yaxınlarına və basketbol ictimaiyyətinə başsağlığı diləyirik”.
 
Oksana
OXŞAR XƏBƏRLƏR