Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu
DÜNYA
19:06 21.08.2025
195
Kahramanmaraş və Ege dənizində zəlzələ olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, Kahramanmaraşın Nurhak bölgəsində zəlzələ qeydə alınıb. Saat 18:41-də baş verən yeraltı təkanın maqnitudası 3,7 olub, ocağı isə 6,98 km dərinlikdə yerləşib.

Bundan əlavə, bu gün saat 11:20-də Ege dənizi açıqlarında 3,5 maqnitudalı və 12,39 km dərinlikdə zəlzələ baş verib.

Səhər saatlarında isə Balıkesirin Sındırgı bölgəsində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb. Təkan saat 09:41-də baş verib, dərinliyi isə 6,97 km olub.

Kandilli Rəsədxanası və AFAD Türkiyədə baş verən son zəlzələlər barədə məlumat paylaşmağa davam edir.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR