İsrail Ordusu Yəmənin paytaxtı Sənada husilərin hədəflərinə hava zərbələri endirib.
Məlumata görə, husilərin lideri əl-Husinin qərargahı tamamilə dağıdılıb. Əməliyyat planlarına raket bazaları və yüksək rütbəli husi məmurlarının məhv edilməsi də daxildir.
İsrail mediası xəbər verir ki, Ordu bir yanacaq anbarını və iki elektrik stansiyasını da hədəfə alıb.
Bildirilir ki, hazırki hücum avqustun 22-də husilərin ilk dəfə İsrailə kasetli bomba atmasına cavabdır.
/report