Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı
DÜNYA
15:54 28.08.2025
309
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı verən yazılı açıqlama yayıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 71 nəfər ölüb, 339 nəfər yaralanıb.

İsrail ordusunun atəşkəsin dayandırılmasından sonra martın 18-dən etibarən Qəzzada başlatdığı hücumlarda 11 min 121 fələstinlinin öldüyü, 47 min 225 fələstinlinin isə yaralandığı bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR