İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik edib

İlham Əliyev San-Marinonun regent kapitanlarını təbrik edib
SİYASƏT
11:38 03.09.2025
197
Azərbaycan Prezidenti İlham Əliyev San-Marinonun Regent Kapitanları Denize Bronzettiyə və İtalo Riqiyə təbrik məktub ünvanlayıb. 

AZXEBER.COM xəbər verir ki, mətndə deyilir: 

"Zati-aliləri,

San-Marino Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, San-Marino xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
OXŞAR XƏBƏRLƏR