Üç övladının atası Yan Abramovla 18 illik evliliyini bir il əvvəl sonlandıran rusiyalı müğənni Alsu boşandıqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı müğənninin sözlərinə görə, hazırda yaşadığı həyatdan çox məmnundur.
"Həyatımdakı dəyişikliklər, əlbəttə ki, müsbətdir. Mən indi çox xoşbəxtəm və özümdən razıyam. Deyə bilərəm ki, həyatımın ən yaxşı dövrünü yaşayıram. Son bir il ərzində mən hər gün məşq edirəm. Üstəlik, müxtəlif idman növləri ilə məşğul oluram" deyə o bildirib.
Xatırladaq ki, Alsu biznesmen Yan Abramovdan 2024-cü ilin yayında boşanıb. Şayiələrə görə, ayrılmağa səbəb onun çoxsaylı xəyanətləri olub.
Keçmiş həyat yoldaşları 10 milyard rubldan çox dəyərdə olan əmlaklarının bölünməsi ilə bağlı məhkəmədə mübahisə yaşamışdılar. Lakin sonda təfərrüatları açıqlanmayan barışıq sazişi əldə edərək boşanıblar.
Aysel