Daha bir ölkədə güclü zəlzələ oldu

Daha bir ölkədə güclü zəlzələ oldu
DÜNYA
20:46 14.09.2025
281
İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Benkulu şəhərindən 176 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 67 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.
OXŞAR XƏBƏRLƏR