ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib
DÜNYA
21:09 16.09.2025
247
ABŞ dörd fiziki şəxsə və 12 şirkətə qarşı sanksiya tətbiq edib.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Bildirilir ki, sanksiyaya məruz qalan fiziki şəxslərin hamısı İran vətəndaşlarıdır. Onlardan ikisinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olduğu qeyd edilir.

Nazirliyin məlumatına görə, SEPAH-la bağlantılı şəxslər Araş Estaki Əlivənd və Əlirza Deraxşan İran Müdafiə Nazirliyinin maraqlarına uyğun fəaliyyət göstəriblər.

Digər iki nəfər isə Birləşmiş Ərəb Əmirliklərində yerləşən və artıq sanksiya tətbiq olunmuş "Alpa Trading - FZCO" şirkəti ilə əlaqədə şübhəli bilinir.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR