İranda güclü zəlzələ

İranda güclü zəlzələ
DÜNYA
09:28 03.10.2025
134
İranın mərkəzində yerləşən İsfahan əyalətinin Zavareh şəhəri yaxınlığında zəlzələ baş verib.

AZXEBER.COM İran KİV-nə istinadən xəbər verir ki, zəlzələ İsfahanın Zavareh bölgəsində Rixter cədvəli üzrə 5,3 bal gücündə qeydə alınıb. 
Zəlzələ mərkəzi yerin 10 km dərinliyində olub.

Yeraltı təkanlar İranın paytaxtı və onun cənubunda yerləşən Qum şəhərində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR