Paytaxt Bakıda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.