Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
SOSİAL
17:45 24.10.2025
90
Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda orta təzyiqli qaz xəttindən ayrılan, istismarda olmayan borunun ləğv olunması və aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar 27.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Hövsan kəndinin, M.Əliyev və Zeytun küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR