HƏMAS israilli girovun meyitinin olduğu tabutu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Hazırda tabut girovun şəxsiyyətin müəyyənləşdirilməsinin aparılacağı Təl-Əvivə aparılır.
Qeyd edək ki, atəşkəs razılaşmasına uyğun olaraq HƏMAS tərəfindən İsrailə təhvil verilməsi nəzərdə tutulan 28 girovdan indiyə qədər 20-si geri qaytarılıb - bunlardan 18-i İsrail, ikisi isə Taİland və Nepal vətəndaşlarıdır.
Bundan əvvəl HƏMAS sözçüsü hərəkatın girovların meyitlərinin təhvil verilməsi prosesini başa çatdırmaq üçün çalışdığını bildirib.
/report










































