Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
SİYASƏT
11:10 03.12.2025
298
2024-cü il dekabrın 25-də Aktau yaxınlığında "Azerbaijan Airlines" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm hüquqi, həm də texniki istiqamətdə aparılan araşdırmaların nəticələri tezliklə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. 
OXŞAR XƏBƏRLƏR