Şəhid atası vəfat etdi - Foto

Şəhid atası vəfat etdi - Foto
SOSİAL
15:09 14.12.2025
186
Vətən müharibəsi şəhidi Mehti Şıxəliyevin atası Yalçın Şıxəliyev vəfat edib.

Mərhum bu gün Hacıqabul rayonunun Meyniman kənd qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, "Mixaylo” ləqəbli, 1996-cı il təvəllüdlü Mehti Şıxəliyev kiçik gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət edib. O, 2020-ci il noyabrın 10-da Şuşa rayonunun Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz ölümündən sonra "Qarabağ” ordeni, eləcə də "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına gör ə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

 

 


OXŞAR XƏBƏRLƏR