2026-cı ilin ilk Günəş tutulması başa çatıb. AZXEBER.COM bu barədə Indianexpress.com-a istinadən xəbər verir. Halqalı tutulma Antarktidadan və Cənub yarımkürəsinin digər hissələrindən müşahidə olunub. Bakı vaxtı ilə saat 13:56-da başlayan Günəş tutulması saat 18:27-də başa çatıb. Növbəti Günəş tutulması avqustun 12-də baş verəcək və bu, tam Günəş tutulması olacaq.