Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
SOSİAL
12:59 01.01.2026
105
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub;

Axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib;    

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR