Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub
SOSİAL
09:01 06.01.2026
102
Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.
OXŞAR XƏBƏRLƏR