Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
SOSİAL
09:25 07.01.2026
111
Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

AZXEBER.COM xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə  yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

"Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.
OXŞAR XƏBƏRLƏR