Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
SOSİAL
17:14 13.01.2026
616
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Agentlikdən AZXEBER.COM-a verilən məlumata görə, xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.

Məlumata əsasən, həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR