"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya reytinqində gerilədi
İDMAN
09:16 16.01.2026
330
"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib.

AZXEBER.COM xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

182,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 69-cu sıraya düşüb.

"Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək irəliləyib. "Turan Tovuz" (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb.

Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə Fransa təmsilçisi PSJ (613) liderdir.
OXŞAR XƏBƏRLƏR