Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Həsən Bəy Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən mənzildə yanğın baş verməsi barəsində məlumat daxil olub.
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mənzilin eyvanında baş verən yanğın qısa müddətdə söndürülüb.










































