Liviyada qum fırtınası səbəbilə bir neçə şəhərdə təhsilə fasilə verilib

Liviyada qum fırtınası səbəbilə bir neçə şəhərdə təhsilə fasilə verilib
HADİSƏ
10:37 01.02.2026
298
Qum fırtınası səbəbilə Liviyanın Misrata, Zliten, Zuvara, əl-Cəmil, Zaltan və əl-Cədidə şəhərlərində təhsil müəssisələrinin fəaliyyətinə fasilə verilib.

AZXEBER.COM xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyindəki Liviya Təcili Yardım Bölməsi ölkənin mərkəzi və qərb bölgələrindəki bütün şöbələrə xəbərdarlıq edib.

Paytaxt Tripolidəki Mitiqa Beynəlxalq Hava Limanında qum fırtınası səbəbilə uçuşlar ləğv olunub.
 
APA
 
OXŞAR XƏBƏRLƏR