Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının son durumu açıqlandı

Salyanda yanan avtomobili söndürərkən maşın vuran FHN əməkdaşının son durumu açıqlandı
SOSİAL
17:48 21.02.2026
673
Ələt-Astara magistralında avtomobildə baş vermiş yanğını söndürərkən maşın vuran FHN əməkdaşının vəziyyəti qənaətbəxşdir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı bir FHN əməkdaşının həkiməqədər ölüm faktı qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR