Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
SOSİAL
17:31 25.02.2026
332
Sabah saat 09:00-da Balakəndə 1 920 abonentin qaz təchizatı dayandırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsindən (RQİİ) məlumat verilib.

Bildirilib ki, qaz təchizatının dayandırılması rayon ərazisində Katex QPS-də bir ədəd RVQ G-400 tipli və Katex kəndində iki ədəd G-400 tipli balans qovşaqlarının quraşdırılması ilə əlaqədardır. Görülən işlərlə bağlı 1 912 əhali, səkkiz qeyri-əhali abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının verilməsi quraşdırma işlərindən sonra bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR